Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə faciəvi hadisə baş verib

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır qəzaya yüksək surət səbəb olub

BAKI, 10 iyul — Sputnik. Bu gün səhər saatlarında Gəncə şəhərində VAZ 2106 və VAZ 21099 markalı avtomobillər toqquşub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza zamanı 1988-ci il təvəllüdlü Elməddin Quliyev, 1979-cu il təvəllüdlü Yaşar Rüstəmov, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova, 1949-cu il təvəllüdlü Səttar Hüseynov Gəncə xəstəxanasına çatdırılıb.

Məlumata görə, qəzaya yüksək surət səbəb olub. Yaralıların vəziyyəti orta ağır kimi dəyərləndirilir.

Xəbər lenti
0