Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın qocaman bankında rəhbər dəyişikliyi

© Photo : REPORTDəmirbank
Dəmirbank - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb

BAKI, 10 iyul — Sputnik. "Dəmirbank" ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, onu hazırda Oqtay Əliyev (Bankın baş direktoru) əvəz edir.

Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Xəbər lenti
0