BAKI. 9 iyul — Sputnik. Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.
"Report" "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.
"Azəravtoyol" ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.