CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Qızıl beyin”nin sahibi uğurlarının sirlərini açdı

© SputnikВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Bahçeşehir universitetinin məzunu Günel Musayeva deyir ki, özümüzü inkişaf etdirmək üçün edə biləcəyimiz ən önəmli şey təhsilə investisiyadır

Günel Musayeva: “Təhsildə qazanılmış heç bir uğur təsadüfi deyil”
"İnsanını gələcəyini müəyyənləşdirən əsas şey onun seçimləri və əzmidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bahçeşehir universitetini birinciliklə bitirən Günel Musayeva deyib: “Şəxsiyyət olaraq özümüzü inkişaf etdirmək üçün edə biləcəyimiz ən önəmli şey təhsilə investisiyadır. Bu gələcəyə təminatımızdır. İnsan seçimlərini müəyyənləşdiribsə, seçim onun irəliləyəcəyi yolu göstərir. Mən inanıram ki, heç bir uğur təsadüfi deyil. Hər şey əmək sərf edildikdən sonra əldə edilir”.

“İnsan sahib olduqlarının deyil, xəyalını qurduğu şeylərin göstəricisidir. Ona görə də böyük düşünmək, böyük xəyallar qurmaq lazımdır. Bir şeyi etdiyimiz zaman onu yorucu hala gətirməyi tövsiyə etmirəm. Biz heç zaman özümüzü məhdudlaşdırmamışıq. Bir insan məhsuldarlığın olmasını istəyirsə fərqli sahələrdə də özünü inkişaf etdirməlidir” – deyə o bildirib.

Qeyd edək ki, Günel Musayeva Bahçeşehir universitetinin106 ölkədən təhsil alan tələbələri arasında universitet birincisi olub və "Qızıl beyin" mükafatına layiq görülüb.

Xəbər lenti
0