BAKI, 9 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatını ölkədə yeni dövlət çevrilişi cəhdi hazırlamaqda ittiham edib.
Bundan əvvəl “Amnesty International” İstanbulda saxlanılan Türkiyə bürosunun direktoru İdil Eser və digərlərinin azadlığa buraxılmasını tələb edib.
Mətbuat konfransı zamanı jurnalistlərdən biri Ərdoğana “Amnesty International”-ın onun özünün də 1997-ci ildə həbsdə olduğu zaman müdafiə etdiyini xatırladıb.
“Məni şeir oxuduğuma görə həbs etmişdilər. Onları isə həbs etməyiblər, hələ ki saxlayıblar. Kəşfiyyatın məlumatına görə, onlar Büyükada adasındakı oteldə toplaşaraq Türkiyədə çevriliş cəhdinin davam etdirilməsini müzakirə ediblər. Onlar məhz buna görə saxlanılıblar. Onların işinə məhkəmə baxacaq, istintaqın yekunları barədə mən heç nə deyə bilmərəm” — deyə Ərdoğan bildirib.