Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 8 iyul — Sputnik. Xaçmazda ağır cinayət baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Qusarçay kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinləri Məhərrəm Hacıyev və Məzahir Mustafayev həmkəndliləri Bəxtiyar Umarov tərəfindən bıçaqlanıblar. Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb. Məzahir Mustafayev isə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cinayəti törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.