Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubadakı faciə ilə bağlı rəsmi məlumat yayıldı

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Qubada iki nəfərin yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb

BAKI, 8 iyul — Sputnik. DİN iki nəfərin avtomobildə yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 7-də saat 9.00 radələrində Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi "VAZ-2106" markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.

Xəbər lenti
0