BAKI, 8 iyul — Sputnik. Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.
"Report" xəbər verir ki, hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Əraziyə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.