BAKI, 7 iyul — Sputnik. "Böyük İyirmilik" zirvəsi üçün Almaniyanın Hamburq şəhərində olan Rusiya prezidenti Vladimir Putinin qaldığı “Park Hyatt” otelin mühafizəçilərinə hücum edilib. Sputnik Azərbaycan "Gazeta"-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.
"Park Hyatt" oteldə Rusiya prezidentindən başqa Cənubi Koreya rəhbəri Mun Çje və Avstraliyanın baş naziri Malkolm Ternbull da qalır.