Kipr danışıqları yenə nəticəsiz qaldı

© REUTERS / Umit BektasМевлют Чавушоглу, министр иностранных дел Турции
Мевлют Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Yunanların yersiz tələbləri ucbatından heç bir nəticə əldə olunmadı"

BAKI, 7 iyul — Sputnik. "Kipr problemini həll etmək üçün İsveçrədə aparılan danışıqlar nəticəsiz qaldı". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Kipr məsələsinin birdəfəlik həlli üçün türk və yunan icması, 10 gün İsveçrənin Krans-Montana şəhərində danışıqlar apardı. Ancaq təəssüflər olsun ki, yunanların yersiz tələbləri ucbatından heç bir nəticə əldə olunmadı" — nazir bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, adanın türk icması öz üzərinə düşən bütün öhdəliyi yerinə yetirib.

Xəbər lenti
0