ABŞ və Rusiya liderləri Ərdoğandan əl çəkmədilər

© REUTERS / Ludovic Marin/PoolG20 liderləri Hamburqdakı sammitdə
G20 liderləri Hamburqdakı sammitdə - Sputnik Azərbaycan
Abunə olmaq
G20 zirvəsində Tramp və Putin hər fürsətdə Türkiyə prezidenti ilə danışmağa və yanaşı dayanmağa cəhd ediblər

BAKI, 7 iyul — Sputnik. Almaniyanın Hamburg şəhərində keçirilən G20 zirvəsində maraqlı anlar yaşanıb. 

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla bir müddət söhbət edib.
Şəkildən də göründüyü kimi, Tramp diqqətlə türk həmkarını dinləyir.

© REUTERS / Kai PfaffenbachSoldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il
Soldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il - Sputnik Azərbaycan
Soldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il

Zirvədə Ərdoğanın yanında Böyük Britaniyanın baş naziri Tereza Mey oturur. Mey bu kreslonu boşaldar-boşaltmaz, Tramp onun yerinə keçərək Ərdoğanla söhbət edib.

Zirvədə ənənəvi kollektiv ailə fotosu da çəkilib. Şəkil üçün düzülüş sırasında diqqəti çəkən əsas məqam Rusiya prezidenti Vladimir Putinin Ərdoğan və Çin lideri Şi Jinpinqin arasında dayanması olub.

ABŞ prezidenti Donald Tramp xeyli kənarda Fransa prezidenti Emmanuel Makronla yanaşı dayanır. O, obyektivə baxmaq əvəzinə ona doğru çevrilən İndoneziya baş naziri Joko Vidodoya baxır. Sonrakı kadrlarda isə Tramp xətasını anlayaraq obyektivə baxmağa başlayır.

Xəbər lenti
0