BAKI, 6 iyul — Sputnik. Yaponiyada yağan güclü yağış həyatı iflic edib. Sputnik Azərbaycan "ABC"-yə istinadən xəbər verir ki, güclü sel ölkənin cənub-qərbində Kyusyu adasında 22 nəfərin itkin düşməsinə səbəb olub. Təbii fəlakət zamanı 1 nəfər də dünyasını dəyişib.
Avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.