Kimi xaricdə dincəlmək əvəzinə öz ailəsi ilə birlikdə ölkənin regionlarına getməyə, kimi də Bakıdan 40 km uzaqlıqdakı bağ evinə köçməyə üstünlük verir. Çoxları isə çemodanlarını götürüb xaricə gedir. Elələri də var ki, burnunu mənzilindən çölə çıxarmır.
Rəyi soruşulanların əksəriyyəti Türkiyə və Gürcüstanda istirahət etməyə üstünlük verirlər.