Nağıllar diyarı Kapadokya — 60 milyon illik sehr

Abunə olmaq
Qayalarda ovulmuş evlər, saraylar, monastırlar adamı sehrli bir dünyaya aparır

İradə Cəlil, Sputnik Azərbaycan

I yazı

BAKI, 6 iyul — Sputnik. Uzun zaman idi, Kapadokyaya getməyi düşünürdüm. Türkiyənin bu ecazkar şəhərini yaxından görmək, tarixi abidələri ilə tanış olmaq böyük bir arzuya çevrilmişdi.

Səfərim İstanbulun Sabiha Gökçən Hava Limanından başladı. Nədənsə, mənə elə gəlir ki, bu hava limanı daha təhlükəsizdir və nədənsə, mənə elə gəlir ki, İstanbulun Anadolu yaxasında əcnəbilər çox olmadığı üçün bura daha doğmadır.

CC0 / Engin_Akyurt / Maiden's tower İstanbulda, Bosfor boğazında yerləşən Qız qalası
İstanbulda, Bosfor boğazında yerləşən Qız qalası - Sputnik Azərbaycan
İstanbulda, Bosfor boğazında yerləşən Qız qalası

Buraya gəlib Kız Külesinə (Qız Qalası) baş çəkməmək qəbahət olardı. Elə bu səbəbdən də səyahətə bu məkandan başladım. Ötən illərlə müqayisədə ərazidə çox az turist var idi. Qiymət isə dəyişilməz olaraq qalır — 20 TL.

Buradan İstanbul daha sevimli görünür, Boğaz, Ayasofya, Sultan Ahmet caddesi ovuc içində olur. Axşam yola çaxacaqdım. Odur ki, bir az Üsküdar sahillərini gəzib, yenidən hava limanına qayıtdım. Yolum Antalyaya idi…

Antalyada bu dəfə Konyaaltı səmtində hotel tutdum. Konyaaltı həm mərkəzə yaxındır, həm də sakit bölgədir. Amma hər il olduğu kimi bu il də qiymətlər çox bahadır. Turistlər isə ancaq Avropa ölkələrindəndir. Bu il ruslar və ukraynalılar gözə az dəyirdilər.

Bir neçə gün bölgə ilə tanış olduqdan sonra Kapadokyaya düşündüyüm səfəri reallaşdırmaq qərarına gəldim. Əvvəlcə kirayə avtomobil götürmək istədim. Amma bir çox avtomobil şirkətləri avtomobillərinin Antalyadan çıxmasına razılıq vermirdi. Nəhayət, şirkətlərdən birini razı sala bildim.

CC0 / Hans / GöremeKapadokyada Göreme milli parkı
Kapadokyada Göreme milli parkı - Sputnik Azərbaycan
Kapadokyada Göreme milli parkı

Türkiyədə yanacaq çox baha olduğu üçün, dizellə işləyən "Hyundai" avtomobilinin iki günlük kirayəsi 300 TL-yə başa gəldi. Səfər başladı və Antalyadan Kapodokyaya kimi 550 kilometrlik yolu qət etdim.

Kapadokya…

Buraya xəyalların şəhəri deyirlər. Qayalarda ovulmuş evlər, saraylar, monastırlar adamı sehrli bir dünyaya aparır. Deyilənlərə görə, 60 milyon il bundan əvvəl Ərciyəs, Həsəndağı və Güllüdağda vulkan püskürməsi zamanı ortaya çıxan lava və küllər yağışın, Günəş şüalarının, küləklərin təsirinə məruz qalıb və Kapadokya kimi gözəl bir bölgə yaranıb.

CC0 / Hans / UchisarÜçhisar qalası
Üçhisar qalası - Sputnik Azərbaycan
Üçhisar qalası

Əvvəllər bu ərazidə hititlər yaşayıb, sonralar isə xristianlığın mərkəzi şəhərlərindən birinə çevrilib. Bunu Kapadokyada əsrlərdən qalan tarixi abidələrə baxanda da hiss etmək olar. Qayalarda oyulan kilsələr və evlər Roma imperatorluğunun təzyiqlərindən qaçan xristianlar üçün sığınacağa çevrilibmiş.

Hal-hazırda Kapadokya turizm üçün böyük əhəmiyyətə malikdir. Burada Avanos, Ürgüp, Görəmə, Dərinquyu, Üçhisar, Özkonak yeraltı şəhərləri, İhlara vadisi, Səlimə kəndi və s. bu kimi gəzməli, görülməli yerləri var. Qayalarda ovulmuş evlər 19 əsrdən qalıb.

Güray muzeyi

Beləliklə, xəyalların şəhərinə yol aldım. Kapadokya səfərinin baş tutmasında böyük rolu olan Niğdə valisinin dəstəyini xüsusilə qeyd etməliyəm. Azərbaycandan gələn jurnalist olduğumu biləndən sonra xüsusi diqqət göstərən İbrahim bəy, səhər tezdən məni hoteldən götürdü, oruc tutmasına rəğmən günəşin istisində yanımdan ayrılmadı. İlk səfərimiz Güray muzeyinə oldu.

© Sputnik / Irade JELILGüray muzeyi
Güray muzeyi - Sputnik Azərbaycan
1/6
Güray muzeyi
© Sputnik / Irade JELILGüray muzeyi
Güray muzeyi - Sputnik Azərbaycan
2/6
Güray muzeyi
© Sputnik / Irade JELILGüray muzeyi
Güray muzeyi - Sputnik Azərbaycan
3/6
Güray muzeyi
© Sputnik / Irade JELILGüray muzeyi
Güray muzeyi - Sputnik Azərbaycan
4/6
Güray muzeyi
© Sputnik / Irade JELILGüray muzeyi
Güray muzeyi - Sputnik Azərbaycan
5/6
Güray muzeyi
© Sputnik / Irade JELILGüray muzeyi
Güray muzeyi - Sputnik Azərbaycan
6/6
Güray muzeyi
1/6
Güray muzeyi
2/6
Güray muzeyi
3/6
Güray muzeyi
4/6
Güray muzeyi
5/6
Güray muzeyi
6/6
Güray muzeyi

Qeyd edək ki, hititlər dövründən bu ərazidə dulusçuluq ən böyük fəaliyyət növünə çevrilib. Güray muzeyində də dulusçuluq işləri sərgilənir. Ancaq buradakı əl işlərinin daha qədim tarixi var.

Muzey yerin 20 metr dərinliyində oyularaq 1600 kv2 ərazidə inşa edilib. Muzey 3 hissədən ibarətdir. Birinci hissədə antik əsərlər, ikinci hissədə modern əsərlər nümayiş etdirilir. Üçüncü hissədə isə sərgi salonu, kafe və restoranlar yer alıb. Muzey səhər 9.00 – 19.00 a qədər ziyarətçilərini qəbul edir.

"Asmalı konak"

Bu saray Kapadokyanın ən möhtəşəm sarayıdır. Qayaların içində ovulmuş saray hazırda restoran kimi fəaliyyət göstərir. 2002-ci ildə bu sarayda "Asmalı konak" türk serialı da çəkilib. Elə bu serialdan sonra saray daha da məşhurlaşıb.

CC BY 3.0 / Emel Yamanturk / Asmalı Konak"Asmalı konak" sarayı
Asmalı konak sarayı - Sputnik Azərbaycan
"Asmalı konak" sarayı

İndi bura gələnlər mütləq şəkil çəkdirir, sarayda satılan suvenirlərdən alırlar. Burada 5 TL-dən 1500 Tl-yə kimi qiyməti olan suvenirlər var. Hamısı da əl işidir.

Kapadokyanı gəzmək üçün bəlkə də aylar lazımdır. Tarixi abidələri, muzeyləri, yeraltı şəhərləri, qaya içi qalaları gəzmək üçün bir neçə gün bəs etmir.

(Ardı var)

Xəbər lenti
0