CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müşfiq Ələsgərli: “Jurnalistlərin həmkarlar təşkilatları qurulmalıdır”

© musavat.comMüşfiq Ələsgərli
Müşfiq Ələsgərli - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyir ki, işçilərin hüquqlarının qorunmasında əsas missiya həmkarlar təşkilatlarının üzərinə düşür

Müşfiq Ələsgərli: “Redaksiyalarda işçilərin hamısı ilə müqavilə bağlanmır”
"2000-ci illərin əvvəllərində aparılan araşdırmalarda məlum olurdu ki, redaksiyaların 90 faizində işçilərin əmək müqaviləsi yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib: “Ancaq sonradan vəziyyət dəyişdi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun tələbləri oldu ki, maliyyə almaq istəyən redaksiyalarda mühasibatlıq işi qurulsun və sənədləşdirmə işləri dəqiqləşdirilsin. Fərdi əmək müqavilələrinin elektronlaşdırılması proqramı həyata keçirildi. Artıq biz keçən il hesabat açıqlayanda məlum oldu ki, redaksiyaların 87 faizində müqavilələrin işlənməsinə başlanılıb”.

“Burada da müəyyən problemlər var. Redaksiyalarda işçilərin hamısı ilə müqavilə bağlanmır. İstənilən halda bunlar ciddi inkişaf deməkdir. İşçilərin hüquqlarının qorunmasında əsas missiya həmkarlar təşkilatlarının üzərinə düşür. Jurnalistlərin rifahının artırılması üçün ən optimal yol ilkin həmkarlar təşkilatlarının quruculuğundan keçir” – deyə o bildirib.

Xəbər lenti
0