QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Biosfer" İctimai Birliyi Alxanlıda baş verənlərlə bağlı bəyanat yaydı

© Sputnik / Ramil Ibrahimovİki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Biosfer" İctimai Birliyinin beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatı

BAKI, 6 iyul — Sputnik. "Biosfer" İctimai Birliyi, Alxanlıda baş vermiş qəddarlıqla bağlı beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat yayıb. Bəyanatda deyirli:

"Son 26 il Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, dinc sakinlərimizin və hərbçilərimizin məhv edilməsi ilə keçib. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, erməni silahlı birləşmələri hər gün dəfələrlə bu razılığı pozaraq, Azərbaycan ordusunun mövqelərini və dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutub. Nəticədə Azərbaycanın minlərlə hərbçisi, dinc sakini həlak olub, ölkəmizə külli miqdarda maddi və mənəvi ziyan dəyib.

Глава пресс-службы министерства иностранных дел АР Хикмет Гаджиев - Sputnik Azərbaycan
"Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına hesablanıb"

Ermənistan silahlı birləşmələri iyulun 4-də növbəti dəfə Azərbaycanın Füzuli rayon Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfə alaraq qəsdən 80 və 102 millimetrlik minaatanlardan, həmçinin dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Ermənistan hərbi birləşmələri beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymur və işğal altındakı Azərbaycan ərazilərində insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Ermənistan rəhbərliyi sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir, BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsini, eləcə də digər beynəlxalq sənədlərin tələblərini yerinə yetirməkdən imtina edir.

Azərbaycan beynəlxalq hüququn dünya dövlətləri tərəfindən rəsmən tanınmış subyektidir. Onun ərazi bütövlüyü və suverenliyi təhdid altındadır. Torpaqlarının 20%-i işğal olunub, 1 milyonadək sakini 25 ildir ki, məcburi köçkün vəziyyətindədir. Təəssüf ki, Azərbaycanın üzvü olduğu və sıx əməkdaşlıq etdiyi beynəlxalq qurumlar bu faktı görməzdən gəlir, bəyanatlar verməklə öz vəzifələrini bitmiş hesab edirlər.

Первый вице-президент Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
QARABAĞ
Mehriban Əliyeva balaca Zəhranın ölümünə münasibət bildirdi

Bu təşkilatlara üzv olan dövlətlərin qarşılıqlı öhdəlikləri var. Onlar Azərbaycan ərazilərinin işğaldan azad olunması istiqamətində əməli işlər görməli, atəşkəs dövründə azərbaycanlı hərbçilərin və dinc sakinlərin öldürülməsinə qəti etirazlarını bildirməlidir. Ermənistan sülhə və Azərbaycan ərazilərini işğaldan azad etməyə məcbur edilməlidir. Bura Ermənistana siyasi təzyiqlərlə yanaşı iqtisadi təzyiqlər də daxildir.

Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilən bu cinayətlərə qarşı biganəliyə, işğalçı Ermənistanı himayə etməyə, ölkəmizə qarşı ikili standartlara son qoymalı, işğalın aradan qaldırılması üçün birmənalı addımlar atmalıdır.

Biz "Biosfer" İctimai Birliyi olaraq, beynəlxalq siyasi və humanitar təşkilatları Ermənistana "dur" deməyə çağırır, çoxsaylı insan faciələri və hərbi cinayətlərlə müşayiət olunan bu münaqişənin həllində Azərbaycana dəstək verməyə səsləyirik.

Azərbaycana kömək əlinizi uzadın, Ermənistanı sülhə məcbur edin ki, uşaqlar ölməsin, anaların göz yaşları qurusun!

Hörmətlə,
Qorxmaz İbrahimli,
"Biosfer" İctimai Birliyinin sədri"

Xəbər lenti
0