BAKI, 6 iyul — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsinə münasibət bildirib. Özünün "Twitter" hesabında birinci xanım yazıb: "Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!"
Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayon Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfə alaraq qəsdən 80 və 102 millimetrlik minaatanlardan, həmçinin dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
Həlak olan nənə və nəvə ötən gün Alxanlı kənd qəbiristanlığına torpağa tapşırılıb.