BAKI, 6 iyul — Sputnik. "ABŞ Avropanın qazla təmin olunmasına hər cür dəstək verməyə hazırdır". Sputnik Azərbaycan "CNBC"-yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp Varşavada Polşa prezidenti Anji Duda ilə görüşü zamanı deyib.
"Biz Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin çatdırılmasına yardım etməyə hazırıq. Bununla bağlı olaraq, təbii qazın (LNG) iyunun əvvəlində ölkəmizdən Polşaya baş tutan ilk çatdırılma prosesindən məmnunluq duyuram. Yeni sazişlər imzalamağa hazırıq" — Tramp bildirib.