BAKI, 6 iyul — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Şimali Koreyaya qarşı sərtləşəcəklərini deyib. Sputnik Azərbaycan "CNBC"-yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Polşada açıqlama verib.
"Biz Koreya təhdidinə qarşı atacağımız addımları daha da sərtləşdirəcəyik. Qarşıdakı həftələrdə siz özünüz bunu görəcəksiz" — Tramp bildirib.
Rusiya haqda da danışan Tramp, Moskvanın 2016-cı ilin noyabrında ABŞ-dakı seçkilərə müdaxilə şansının olduğunu, ancaq bunu etmədiyini söyləyib.