Prezidentin tərəfdarları müxalifətçilərə hücum ediblər: yaralılar var

© REUTERS / Andres Martinez CasaresVenesuelanın paytaxtı Karakasda ixtişaşlar, arxiv şəkli
Venesuelanın paytaxtı Karakasda ixtişaşlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda baş verən hadisədə qan su yerinə axıb

BAKI, 6 iyul — Sputnik. Venesuelada aylardır davam edən iqtidar-müxalifət qarşıdurması pik həddə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Karakasda müxalifətin nəzarətindəki parlament, anidən prezident Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.

Hadisə zamanı 7 millət vəkilinin yaralandığı bildirilir. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Venesuelada aprel ayının 4-dən etibarən kütləvi aksiyalar davam edir. Etirazçılar prezident Maduronun istefasını tələb edirlər. İndiyədək 88 nümayişçinin polislə toqquşmalar zamanı həyatını itirdiyi qeyd olunur.

Xəbər lenti
0