Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Özünüzdə bu 4 halı hiss etsəniz mütləq su için

Abunə olmaq
Bəzi hallarda su içmək xüsusilə vacibdir

BAKI, 5 iyul — Sputnik. Su həyatdır. Adi suyun gün ərzində normal miqdarda istehlakı insanı bir çox xəstəlik və pozulmalardan qoruya bilər. Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, bəzi hallarda su içmək xüsusilə vacibdir.

1. Oyandıqdan dərhal sonra aramla 2 stəkan su için. Bu gücə vaxtı əmələ gələn susuzlaşmanın qarşısını alır, daxili orqanları aktivləşdirir, mübadilə proseslərini sürətləndirir, qəbizliyin qarşısını alır, insanı daha gümrah edir.

2. Yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su için. Bu həzm proseslərini yaxşılaşdırır.

3. Vanna qəbul etdikdən əvvəl 1 stəkan su için. Bu arterial təzyiqi normallaşdırır, orqanizmi şlak və toksinlərdən daha yaxşı təmizləməyə yardım edir.

4. Yatmazdan əvvəl 1 stəkan su için. Bu gecə susuzlaşmanın, insult və ürək tutmalarının qarşısı alır.

Xəbər lenti
0