Tofiq Abbasov: “Tərəflər arasında diplomatik qarşıdurmanın dərəcəsi getdikcə artacaq”
Ərəb ölkələri Qətərə qarşı ultimatumun müddətini 48 uzadıblar.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycana deyir ki, Səudiyyə Ərəbistanı yenə də müttəfiqləri ilə Qətəri sıxışdırmağa çalışır: “Mən hesab edirəm ki, bu kursun axırı yoxdur. Bu çox zəif mövqedir. Çox çətin ki, Qətər dövləti onların tələblərini qəbul etsin. Bu proseslərdə kənar dövlətlərində əli var”.
“Kənar qüvvələr öz planlarını həyata keçirmək, silah satmaq üçün bölgədə gərginliyin qalmasında maraqlıdırlar. Mən hesab edirəm ki, burada Səudiyyə Ərəbistanının üzərinə məsuliyyət düşür. Qətər dövləti artıq göstərdi ki, onun müqavimət gücü var. Çətin ki, orada hərbi toqquşmalar baş versin. Çox güman ki, diplomatik qarşıdurmanın dərəcəsi getdikcə artacaq” — deyə o bildirib.