BAKI, 5 iyul — Sputnik. Dünən Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmış, 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyat bu gün saat 06:40-da başa çatıb.
Əməliyyat başa çatdı, cəsəd təhvil verildi
10:35 05.07.2017 (Yenilənib: 21:06 16.11.2021)
Abunə olmaq
Dünən gecədən başlayan əməliyyat bu gün səhər saatlarında başa çatıb