CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: “Əmək standartları sahəsində xeyli işlər görülüb”

© Sputnik / Murad OrujovПредседатель Совета печати АР Афлатун Амашов в ходе V Всемирного конгресса новостных агентств в Баку
Председатель Совета печати АР Афлатун Амашов в ходе V Всемирного конгресса новостных агентств в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyir ki, son zamanlar Azərbaycanda həm dövlət, həm də həmkarlar təşkilatları tərəfindən, həmçinin sahibkarların təşkilatlarının milli konfederasiyası tərəfindən birgə layihələr həyata keçirilir

Əflatun Amaşov: “Azərbaycanda işçilərin hüquqları həmkarlar təşkilatları tərəfindən qorunur”
"Son illər Azərbaycanda sosial dialoq və əmək standartları sahəsində kifayət qədər işlər görülüb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib: “Rəsmi məlumatlara görə, son 10 ildə 1 milyon 600 min iş yeri açılıb. Sosial dialoq ayrı-ayrı tərəflərin ümumi məxrəcə gəlmələridir. Dünyada bu müxtəlif standartlarla həyata keçirilir. Son zamanlar Azərbaycanda həm dövlət, həm də həmkarlar təşkilatları tərəfindən, həmçinin sahibkarların təşkilatlarının milli konfederasiyası tərəfindən birgə layihələr həyata keçirilir. Bu tərəflər arasında baş kollektiv saziş imzalanıb”.

“İşçilərin hüquqları həmkarlar tərəfindən qorunur. Dövlət burada arbitr rolunu oynayır. Son iki üç ildə ayrı-ayrı sahələr üzrə 150-dən çox sənəd hazırlanıb. Bu jurnalistika sahəsində də həyata keçiriləcək” – deyə o bildirib.

Xəbər lenti
0