CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doğulan uşağa polisin adını qoydular

© Sputnik / Irade JELILPolis Günü münasibəti ilə tədbir
Polis Günü münasibəti ilə tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Sizdən yazacaqlar, sizi şantaj edəcəklər, amma siz mübariz olmalısınız

BAKI, 5 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi IV İslam Həmrəyliyi Oyunları, Formula I Azərbaycan Grand Prix-də Yol Polisinin fəaliyyəti və 2 İyul Polis Günü münasibəti ilə tədbir keçirib. Tədbirdə çıxış edən Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, 26 polis əməkdaşı fəaliyyətlərində göstərdikləri aktivliyə görə mükafatlandırılacaq: "Lakin bu o demək deyil ki, yalnız 26 polis daha fərqlidir. Belə polislərimiz onlarladır və bu gün onlar "Azərsun Holdinq" və "AMC" şirkətinin də dəstəyi ilə mükafatlanacaqlar".

Millət vəkili Aydın Mirzəzadə çıxışı zamanı bildirib ki, son zamanlar Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib: "Yəqin fikir vermisiniz ki, Avropa oyunları, İslam Oyunları, Formula 1 yarışları necə sakit və insidentsiz keçir. Bütün bunlara görə, biz polislərimizə borcluyuq. Bu gün onlardan bir neçəsi mükafatlandırılacaq. Bu gün polis əməkdaşları arasında elə insanlar var ki, onlar həqiqətən fərqlilik göstərib. Polis əməkdaşı Mərdan müəllimin başına qəribə hadisə gəlib. O yolda təkəri sıradan çıxmış avtomobildə olan hamilə qadını xəstəxanaya çatdırıb. Dünyaya gələn uşağın adını da elə Mərdan qoyublar. Yəni bu kimi hadisələr çox olur. Biz də bacardığımız qədər polisin fəaliyyətini işıqlandırmağa və dəyərləndirməyə çalışırıq". 

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
Polis 5 aylıq cinayətin üstünü açıb

Millət vəkili Flora Qasımovanın sözlərinə görə, polis işi ən çətin peşədir və polislərimiz ən ağır işlərin öhdəsindən gəlir: "Son zamanlar texniki vasitələr artsa belə, bizim sizə çox böyük ehtiyacımız var. Polislərin yaxşı işləri təqdir edilməldir".

Millət vəkili Fərəc Quliyev də çıxışı zamanı polislərin fəaliyyətinin əhəmiyyətinin danılmaz olduğunu bildirdi. O, qeyd etdi ki, polislər cəmiyyətdə asayişin keşikçisidir və nə olursa, olsun onlar hər zaman cəsarətli olmalıdır: "Sizdən yazacaqlar, sizi şantaj edəcəklər, amma siz mübariz olmalısınız".

Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, belə tədbirlərin keçirilməsi yol polislərinə stimul verir: “Vətəndaşların təhlükəsizliyinin qorunmasında yol polislərinin rolu böyükdür. Onlar çətin şəraitdə olsa da, xidmət aparırlar. Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”.

Tədbirdə  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də iştirak ediblər.

Daha sonra 26 DYP əməkdaşı xidmətdə göstərdiyi fəallığa görə mükafatlandırılıbar. Onlar polis mayoru Ülfət Şükürov, polis leytenantı Rasim Əliyev, polis mayoru Mərdan Mehdiyev, polis mayoru Qulu Quliyev, baş serjant Bursax Lazımov, serjant Mayəddin Hüseynov, baş leytenant Ramil Yaqubov, baş serjant Ayxan Allahyarov, baş serjant Kəpəz Mustafayev, baş serjant Məhəmməd İmamverdiyev, leytenant Rəşad Ağayev, baş serjant Elnur Həsənov, kapitan Mehman Əliyev, baş serjant Rəhman Abbasov, leytenant Mehdi Hacıyev, baş serjant İlham Hacıyev, baş serjant Yalçın Mehdiyev, baş serjant Altay Əhmədov, baş serjant Teymur Süleymanov, baş serjant Azər Musayev, baş serjant Oqtay Məmmədov, serjant Eyvaz Gülməmmədov, serjant İqrar Musayev, serjant Xəyal Hüseynov, serjant Elman Soltanovdur.

Xəbər lenti
0