Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Astara rayonunda bir fərdi evə basqın edilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şahağacı kəndində baş verib.
1928-ci il təvəllüdlü Kinəbacı Allahverdi qızı Əsədullayevanın evinə basqın edən şəxs və ya şəxslər, evin sakinlərinə küt alətlərlə zərbələr endiriblər. Nəticədə ağır xəsarət alan Kinəbacı Əsədullayevanı oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Verilən ilkin məlumata əsasən, basqın nəticəsində evdən heç bir əşya aparılmayıb. Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.