Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dörd gündür axtarılan yeniyetmənin cəsədi tapıldı

© SputnikSu kanalı, arxiv şəkli
Su kanalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında həyata keçirilən xilasetmə əməliyyatı saat 08:25-də başa çatıb

BAKI, 4 iyul — Sputnik. Cari il iyunun 30-da Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saatlarında həyata keçirilən xilasetmə əməliyyatı saat 08:25-də başa çatıb.

Xəbər lenti
0