BAKI, 4 iyul — Sputnik. PKK terror təşkilatının Suriya qolu PYD, nəzarətindəki Afrin bölgəsini Əsəd rejiminə təslim etməyə hazırlaşır. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, artıq bununla bağlı gizli danışıqlar aparılır.
İddiaya görə, PYD-ni bu addımı atmağa vadar edən səbəb, türk ordusunun Afrini müntəzəm olaraq bombalaması və bölgəyə yönəlik hərbi əməliyyat hazırlığı aparmasıdır.
Qeyd edək ki, PYD bundan əvvəl də türk ordusunun mümkün əməliyyatından qorxaraq, nəzarət elədiyi Tel Cıbbin, Tel Hardanteyn, Maarasta El-Han və Mayer başda olmaq üzrə bir çox bölgəni Əsəd rejiminə təslim etmişdi.