"Galatasaray"lının kafesinə sürpriz qonaq gəldi

© Photo : Instagram / acunilicali Acun Ilıcalı və Snayder
Acun Ilıcalı və Snayder - Sputnik Azərbaycan
Abunə olmaq
33 yaşlı Vesli Snayder İspaniyanın İbiza şəhərində açdığı kafeyə oğlu Xess Xavanın adını verib

BAKI, 4 iyul — Sputnik. "Galatasaray" futbol klubunun hollandiyalı ulduzu Vesli Snayderin İspaniyada yenicə açdığı kafeyə Türkiyədən sürpriz qonaq gəlib. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, məşhur işbaz Acun Ilıcalı sevgilisi Şeyma Subaşı ilə Snayderin kafesini ziyarət edib.

Cütlük, futbolçu ilə çəkdirdikləri selfi fotoları daha sonra sosial şəbəkədə yerləşdirərək, Snayderə qonaqpərvərliyi üçün təşəkkür ediblər.

Qeyd edək ki, 33 yaşlı Vesli Snayder İspaniyanın İbiza şəhərində açdığı kafeyə oğlu Xess Xavanın adını verib.

Xəbər lenti
0