"Gələcəyin avtobusu"nu hazırlayan şirkət bir məqaləyə qurban verildi

© Photo : New China"Gələcəyin avtobusu"
Gələcəyin avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
Çində istehsal olunan 21 metr uzunluğundakı nəhəng avtobus xüsusi ray sistemi üzərində saatda 60 km sürətlə hərəkət edə bilir

BAKI, 4 iyul — Sputnik. Çinin Xeibey əyalətinə bağlı Jinhadau şəhərində sınaq testinə başlayan "Gələcəyin avtobusu" haqda istintaq işi açılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, avtobusu istehsal edən şirkət fırıldaqçılıqda və çirkli pul əldə etməkdə təqsirləndirilir.

Çin polisinin istintaq başlatmasına səbəb, ötən həftə CNN telekanalının sözügedən avtobus haqda yayımladığı reportaj olub. Telekanalın apardığı araşdırma nəticəsində şirkətin qeyri-qanuni yollarla pul topladığı üzə çıxıb.

Qeyd edək ki, Çində istehsal olunan 21 metr uzunluğundakı nəhəng avtobus xüsusi ray sistemi üzərində saatda 60 km sürətlə hərəkət edə bilir. Avtobus bir dəfəyə 300 nəfər sərnişin daşıma gücünə malikdir.

Digər avtomobillərin altından keçməsinə imkan verən avtobus, böyüklüyünə baxmayaraq tıxaca səbəb olmur.

Xəbər lenti
0