CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəmir yolu nəqliyyatında gediş haqları artırılır

Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" kupe və plaskart vaqonlarda gediş haqlarını artırır

BAKI, 4 iyul — Sputnik. "Ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək". Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün 15 iyul tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Qeyd edək ki, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir.

Xəbər lenti
0