CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda milli mənəvi dəyərlərin qorunması üçün yeni layihəyə start verilib

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Опасность утраты национальных ценностей беженцами и временными переселенцами и роль медиа"
Пресс-конференция на тему Опасность утраты национальных ценностей беженцами и временными переселенцами и роль медиа - Sputnik Azərbaycan
Abunə olmaq
"Gələcəyə Baxış" Avropaya inteqrasiya İctimai birliyinin sədri Bəsti Nəsibova deyir ki, layihənin keçirilməsində məqsəd mənəvi dəyərlərimizi bütün insanlara çatdıra bilməkdir

Bəsti Nəsibova: “Məcburi köçkünlər zamanla işğal edilmiş torpaqlarda hansı tarixi, mədəni abidələrin olduğunu unudurlar”
Azərbaycan Respublikası yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Gələcəyə baxış, Avropaya inteqrasiya"  ictimai birliyi “Qaçqın və məcburi köçkünlərdə milli mənəvi dəyərlər və media ilə iş” haqqında layihəsini icra edir.

"Gələcəyə Baxış" Avropaya inteqrasiya İctimai birliyinin sədri Bəsti Nəsibova Sputnik Azərbaycana deyir ki, layihənin keçirilməsində əsas məqsəd odur ki, işğal altında olan torpaqlarımızda olan milli-mənəvi dəyərləri bütün insanlara çatdıra bilək. Çünki bizim o yerlərdə olan həm milli-mənəvi, həm də maddi dəyərlərimiz yox olmaq təhlükəsi ilə üz-üzədir. O torpaqlardan köçkün düşən insanlar respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşdığından zamanla adət-ənənələrini itirirlər. Orada hansı tarixi, mədəni abidələrin olduqlarını bilmirlər. Bizim də məqsədimiz media ilə əlaqələr quraraq gənclərimizə bu dəyərlər haqqında dolğun məlumat çatdırmaqdır" – deyə o bildirib.

Xəbər lenti
0