BAKI, 3 iyul — Sputnik. "Əgər bizə qarşı hərbi hücum edilərsə, özümüzü müdafiə etməyə hazırıq". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Qətər dövlətinin müdafiə naziri Xalid əl Atiyyə açıqlama verib.
Səudiyyə Ərəbistanı liderliyində, 4 ərəb ölkəsinin Qətərdən yerinə yetirməsini istədiyi 13 tələblə bağlı 10 günlük müddətin bitməsini şərh edən nazir, bu tələblərin qeyri-insani olduğunu bildirib: "Bu, suveren ölkəyə açıq-aşkar müdaxilə deməkdir. Onların Küveyt vasitəsilə bizə göndərdikləri tələblər qəbuledilməzdir. Bildirmək istəyirəm ki, əgər ölkəmizə qarşı hər hansı hərbi müdaxilə olarsa, özümüzü qorumağa hazırıq".