BAKI, 3 iyul — Sputnik. Qətər Səudiyyə Ərəbistanı liderliyindəki bəzi ərəb dövlətlərinin irəli sürdüyü 13 maddəlik tələb paketinə Küveyt vasitəsilə cavab verib.
Sputnik Azərbaycan "Əl Cəzirə"yə istinadən xəbər verir ki, cavabın detalları hələlik açıqlanmır.
Xatırladaq ki, iyunun 22-də 4 ərəb ölkəsi tərəfindən Qətərə göndərilən məktubda 13 şərtin yerinə yetiriləcəyi halda sanksiyaların ləğv ediləcəyi vəd edilib.