BAKI, 3 iyul — Sputnik. "Əsgərlərimiz Malidə qalmağa davam edəcəklər". Sputnik Azərbaycan "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib.
"G5 Sahel" konfransı üçün Malinin paytaxtı Bamakoda olan Makron, bu ölkədə yaşayan fransızlar qarşısında çıxış edib. Makron, terrorla mübarizə davam edənə qədər, fransız hərbçilərin Malidə qalacağını deyib.
Qeyd edək ki, Fransa ordusu 1 avqust 2014-cü ildən etibarən Mali Respublikasında anti-terror əməliyyatları aparır.