Dollar günə yüksək məzənnə ilə başladı

© AFP 2024 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Banklararası bazarda dollar bahalaşmaqda davam edir

BAKI, 3 iyul — Sputnik. Bu gün banklararası ticarətdə dollar yenidən 0,61% bahalaşıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, "Bloomberg" terminalında dollar günə 1.6962 manat kursu ilə başlayıb. Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6860 manat məzənnəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0