Fikrət Sadıxov: “Sanksiyalar davam etməsi narazılıqları daha da gərginləşdirəcək”
"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın iqtisadiyyatını zəiflədir". Bunu Sputnik Azərbaycana açıqlamasında politoloq Fikrət Sadıxov deyib: “Rusiya bu sanksiyalara qarşı müəyyən tədbirlər görməlidir. Sanksiyalara qarşı Rusiya daxilində iqtisadiyyatı inkişaf etdirəcək addımlar atılmalıdır. Bu sanksiyalar Avropada fəaliyyət göstərən bir sıra böyük şirkətlərin fəaliyyətinə də öz mənfi təsirini göstərir. Bəlkə də Vaşinqtonda bir sıra Avropa ölkələrinin iqtisadiyyatına qarşı addımlar atılır ki, Rusiya ilə layihələr həyata keçirilməsin”.
“Bu baş verənlər təbii ki, münaqişəyə gətirib çıxara bilməz. Amma Avropa ilə ABŞ arasında qarşıdurma əmələ gələ bilər. Hər halda ABŞ-ın sanksiyalarına qarşı narazılıq var. Bu sanksiyaların davam etməsi ilə narazılıq bundan sonra gərginləşə bilər” – deyə o bildirib.