ELM

Bir milyard piksel təsvir ölçülü kamera təqdim olunub

© AZƏRTAC“SkEye” kamerası
“SkEye” kamerası - Sputnik Azərbaycan
Abunə olmaq
"SkEye" kamerası əksər pilotsuz uçan aparatlarda quraşdırılan modifikasiya edilmiş “Visual Intelligence” (VISINT) sistemi sayəsində böyük ərazidə çəkiliş apara bilir

BAKI, 2 iyul — Sputnik. Parisdə keçirilən Le Burje beynəlxalq aviasalonunda İsrailin “Elbit Systems” şirkəti “SkEye Wide-Area Persistent Surveillance” kamerasını ilk dəfə nümayiş etdirib. Yeni texnologiya hava videomüşahidəsi üçün 1 milyard piksel təsvir ölçüsünə malik qabaqcıl kamera olmaqla yanaşı, 80 kvadratmetr ərazini əhatə etməklə məlumatları real vaxt rejimində ötürməsi ilə seçilir.

AZƏRTAC xəbər verir ki, “SkEye” kamerası əksər pilotsuz uçan aparatlarda quraşdırılan modifikasiya edilmiş “Visual Intelligence” (VISINT) sistemi sayəsində böyük ərazidə çəkiliş apara bilir. Bundan başqa, kamera zərurət yarandıqda yerin yalnız konkret hissəsini çəkir. Pilotsuz uçan aparatın elektron-optik cihazlarından əldə olunan informasiya ilkin emal sisteminə ötürülərək yerli məlumat bazasında saxlanılır.

Məlumata görə, bir sıra proqram dəyişikliklərindən sonra məlumat axını idarəetmə mərkəzinə ötürülür və burada şəkilin daxil edilməsi ilə yanaşı, “bulud” saxlancında onların ehtiyat surətləri çıxarılır. “Bulud” saxlanc sisteminin konfiqurasiyası saxlanılan məlumatlara eyni anda 10 operatorun müraciət etməsinə imkan verir.

Bundan əlavə, “SkEye” lazımi obyekt və ya hadisələrin (məsələn, yanğın və ya oğurlanmış nəqliyyat vasitəsində cinayətkarın axtarışı) kameranın əhatə dairəsinə düşməsi zamanı işə salınan siqnalizasiya ilə təchiz edilib. Konstruktorların sözlərinə görə, “SkEye” həm pilotlu təyyarələrdə, həm də pilotsuz uçan aparatlarda quraşdırıla bilər. Kameranın universal olması səbəbindən təyyarə sinfi rol oynamır.

Xəbər lenti
0