Leyla Abdulayeva, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. Şabranda keçmiş polis əməkdaşı özünü asıb.
Bu gün Şabran rayonun Dağbilici kəndindən olan Vüsal Bahar oğlu Cəbiyev yaşadığı evin həyətində dəmir borudan özünü asıb. 1979-cu təvəllüdlü V.Cəbiyev 2 uşaq atasidir.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərhum vaxtilə Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının polis nəfəri, polis baş serjantı olub.
Ailəsinin sözlərinə görə, onlara ən çox təsir edən polis günüdə özünü asması olub. Vüsal Cəbiyevin nə səbəbdən özünü asması məlum deyil.
Şabran rayon polis şöbəsində məsələylə bağlı araşdırma aparılır.