BAKI, 2 iyul — Sputnik. Böyük Britaniyanın Bristol şəhərində elm adamları sidikdən elektrik enerjisi istehsal edən bir sistem yaradıb.
Sputnik Azərbaycan "Hurriyet"ə istinadla xəbər verir ki, bu sistemlə cib telefonları yavaş-yavaş da olsa, doldurula, ağıllı ekranlar işlədilə, səyyar tualetlər işıqlandırıla bilir.
"Bristol Robotics" şirkətinin hazırladığı sistemdə elektro-aktiv mikroorqanizmlərlə dolu silindrlər var. Mikroorqanizmlər, tullantı suyu və sidikdəki bakteriyalarla bəslənir və bu zaman da elektronlar ortaya çıxır.
Bu sistem Böyük Britaniyada bu həftə keçiriləcək "Glastonbury" musiqi festivalına göndərilən bəzi səyyar tualetlərdə test ediləcək.