CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüqar Səfərli jurnalistlərə xəbərdarlıq etdi

© Photo : AZƏRTACVüqar Səfərli
Vüqar Səfərli - Sputnik Azərbaycan
Abunə olmaq
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyir ki, sənədlərdə şübhəli məqamlar olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib

Vüqar Səfərli: “Gələcəkdə o insanlar təqaüdə çıxanda stajı olmayacaq”
Biz jurnalistlərə mənzil verilməsi ilə bağlı sənəd toplayarkən bir çox saxtakarlıqlarla qarşılaşdıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. “Orada şərtlərdən biri 10 il fasiləsiz əmək stajının olmasıdır. Lakin təqdim olunan bəzi əmək kitabçalarında şübhəli məqamlar olduğu üçün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərib cavablarını almışıq”.

“2006-cı ildən ƏƏSMN tərəfindən bütün idarələrə sosial kartlar verilib. Ancaq işçilər var ki, bu sosial kartın nə olduğunu bilmir. İnsanlar var ki, 5-10 il işləyib onların əməyi 1 gün belə qeydiyyata alınmayıb. Bu cinayətdir, sənədi saxtalaşdırmaqdır. Gələcəkdə o insanlar təqaüdə çıxanda stajı olmayacaq” – deyə o bildirib.

Xəbər lenti
0