Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hakim partiyanın rəsmisi güllələnib

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya çatdırılan Orxan Mercanın həyatını xilas etmək mümkün olmayıb

BAKI, 1 iyul — Sputnik. Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının yerli rəhbərinin müavini Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, xəstəxanaya çatdırılan O.Mercanın həyatını xilas etmək mümkün olmayıb.

AK Partiyanın yerli rəhbəri İsmail Demir baş verən hadisədən üzüldüklərini dilə gətirib.

Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. İnsidentin ardından hadisə yerinə çox sayda polis cəlb edilib. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

Dörd uşaq atası O.Mercan partiyadakı vəzifəsindən ayrılması üçün uzun müddət PKK tərəfindən təhdid edilib.

Xəbər lenti
0