BAKI, 1 iyul — Sputnik. Pakistanda 25 iyunda baş verən neft tankerinin aşaraq yanması nəticəsində həyatını itirənlərin sayı 190-a çatıb.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, səlahiyyətlilər Bahavalpur şəhəri yaxınlığında 25 iyunda baş verən qəzada ağır yaralanan daha 16 nəfərin həyatını itirdiyini, ölü sayısının 190-a çatdığını bildiriblər.
Yaralıların çoxunun vəziyyətinin kritik olmasına görə ölü sayısının arta biləcəyi ilə bağlı narahatlıq var.
Ətraf kəndlərdən çoxlu sayda adam aşan tankerdən sızan neftdən götürə bilmək üçün axın etmiş, tankerin yanmağa başlaması nəticəsində alovlar içində qalmışdılar. Şahidlər yanğının kəndlilərdən birinin siqaretini yandırmasıyla başladığını demişdilər.
Yanğınsöndürmə qruplarının səyləri nəticəsində nəzarət altına alınan yanğında 6 avtomobil və 12 motosiklet də istifadə olunmaz hala gəlmişdi.