BAKI, 1 iyul — Sputnik. ABŞ-ın Nyu-York şəhərindəki bir xəstəxanada həkimin tüfənglə ətrafdakılara atəş açması nəticəsində təcavüzkar da daxil 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Blasio hadisənin iş yerində yaşanan bir anlaşılmazlıqdan qaynaqlandığını, terrorla əlaqəsi olmadığını söyləyib.
Bildirilib ki, atəş açan şəxs xəstəxananın keçmiş əməkdaşı olub, xəstəxananın 16-cı və 17-ci mərtəbələrində silahla digər həkimlərə atəş açıb və sonra da intihar edib.
ABŞ mətbuatı təcavüzkarın xəstəxananın keçmiş həkimi Henry Bello olduğunu bildirib, amma hələlik rəsmi olaraq həkimin adı açıqlanmır.