Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çaqqal kəndlilərə hücum etdi, 3 nəfər yaralandı

© AFP 2024 / DANIEL GARCIAÇaqqal
Çaqqal - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə rayonun Köhnə Xudat Qazmalar kəndində baş verib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik Azərbaycan. Qusarda çaqqal insanlara hücum edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Köhnə Xudat Qazmalar kəndində baş verib. Çaqqal 3 nəfər kənd sakininə hücum edib və onları yaralayıb. Əvvəlcə heyvan kənd sakini Xair Həmidovun həyətinə soxulub və evə qonaq gələn rayonun Bədirqala kənd sakini, 14 yaşlı Səyyad Kübarovu üz nahiyəsindən dişləyib, sonra ev sahibinin oğlu Namiq Həmidova hücum çəkərək onu yaralayıb. 

Daha sonra uşaqların qışqırıq səsini eşidən qonşu Gül İbrahimova köməyə gəlmək istəyib və çaqqal onu da ayağından dişləyib. Xəstələr Qusar rayon mərkəzi xəstəxanasina çatdırılaraq ilk tibbi yardim göstərilib.

Kənd sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, onlar qorxu içində yaşayırlar, uşaqlarını bayıra buraxa bilmirlər.

Hadisə ilə bağlı Qusar polis şöbəsi araşdırma aparır.

Xəbər lenti
0