BMT-nin Baş katibi: "İsrail 1967-ci ildən əvvəlki sərhədləri daxilinə çəkilməlidir"

© REUTERS / Lucas JacksonBMT yığıncağı
BMT yığıncağı - Sputnik Azərbaycan
Abunə olmaq
Antonio Quterres: "İşğal altındakı Fələstin torpaqları dərhal boşaldılmalıdır"

BAKI, 30 iyun — Sputnik. BMT-nin Baş katibi Antonio Quterres, İsrail-Fələstin münaqişəsi ilə bağlı yəhudiləri qıcıqlandıran açıqlama verib. Sputnik Azərbaycan bu barədə "Fox News"-a istinadən xəbər verir.

Fələstinə aid torpaqların yarım əsrə yaxındır ki, işğal altında olduğunu deyən Baş katib, daimi sülh üçün İsrailin 1967-ci ildən əvvəlki sərhədlərə çəkilməsinin vacibliyini bildirib: "Bölgədə daimi sülh, fələstinlilərin müstəqil dövlət qurmaları, həmçinin İsrailin ehtiyac duyduğu təhlükəsizlik üçün, işğal altındakı Fələstin torpaqları dərhal boşaldılmalıdır. Sərhədlər 1967-ci ildən əvvəlki vəziyyətə çəkilməlidir".

Xəbər lenti
0