BAKI, 30 iyun — Sputnik. Bu gün səhər saatlarında Sumqayıt şəhərində vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 1300 m2 olan kafenin və mağazanın yanar konstruksiyaları 350 m2 sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Digər bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.