CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaçqınların humanitar problemi və onların həlli yolları

© youtube.comQaçqınlar
Qaçqınlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaçqın və məcburi köçkünlərin milli dəyərlərinin itirilməsi təhlükəsi və medianın rolu" mövzusunda dəyirmi masa keçiriləcək

BAKI, 30 iyun — Sputnik. Məlum olduğu kimi, milli dəyərlər hər bir xalqın mədəniyyətinin və adət-ənənələrinin ayrılmaz tərkib hissəsidir. Məhz onlar gələcək nəslin tərbiyəsinin əsasını təşkil edir.

Lakin son zamanlar tez-tez bu dəyərlərin kütləvi mədəniyyətin zərərli təsiri nəticəsində ciddi erroziyaya uğraması ilə qarşılaşırıq. Cəmiyyətin həssas təbəqələri içərisində qaçqın və məcburi köçkünlər də var ki, mənəvi dəyərlər təcavüz nəticəsində onlarda yaranmış ruh düşkünlüyünün aradan qaldırılması üçün fəal həyat şəraitinin başlıca şərtlərindən biridir.

İyulun 3-ü saat 11:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində "Qaçqın və məcburi köçkünlərin milli dəyərlərinin itirilməsi təhlükəsi və medianın rolu" mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər və yazıçılar iştirak edəcək.

Əlaqə

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə

Xəbər lenti
0