BAKI, 30 iyun — Sputnik. Yaponiyanın Kosmik Araşdırmalar Agentliyi (JAXA), bir ilkə imza atmağa hazırlaşır.
Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, agentlik 2030-cu ilə qədər aya insan göndərməyi planlayır. Bu barədə agentlikdən məlumat verilib. "JAXA" ilk mərhələdə, 2025-ci ildə Ayın orbitində kosmik stansiya inşa edəcək.
Bu planın gələcəkdə Marsa insan göndərmək prosesinin başlanğıcı olduğu bildirilir.