CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ətlər kurorta gələnləri zəhərləyə bilərdi

© Photo : DBNX mətbuat xidmətiAşkarlanmış mənşəyi məlum olmayan heyvan ətinin məhv edilməsi
Aşkarlanmış mənşəyi məlum olmayan heyvan ətinin məhv edilməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti olduğu və qida üçün tamamilə yararsız olması müəyyən edilib

BAKI, 30 iyun — Sputnik. Naftalan şəhərində aşkarlanan ətlərin müayinəsi başa çatıb və zərərsizləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəlinin sözlərinə görə, 21 iyun 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.

Naftalan Şəhər Polis Şöbəsinin müraciətinə əsasən Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilin yük yerində antisanitar şəraitdə yığılıb, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

© Photo : DBNX mətbuat xidmətiNaftalan şəhərində aşkarlanan mənşəyi məlum olmayat ət
Naftalan şəhərində aşkarlanan mənşəyi məlum olmayat ət - Sputnik Azərbaycan
Naftalan şəhərində aşkarlanan mənşəyi məlum olmayat ət

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella typhimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamı ilə yararsız olması müəyyən edilib. 

Qanunsuz kəsilib satışa çıxarılan at əti - Sputnik Azərbaycan
At ətini Bakıda mal əti adı ilə satırmış

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Naftalan Şəhər Polis Şöbəsinə göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalıb, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilən, Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilinin yük yerində aşkarlanan və müvəqqəti saxlama kamerasına yerləşdirilən ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan cəmdəyi və heyvanın daxili orqanları baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Xəbər lenti
0